AZ

“Latsio”dan “Napoli”yə

“Latsio”nun futbolçusu Luis Albertonun yayda komandanı tərk etməsi gözlənilir.

İdman.biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Napoli”nin maraq dairəsinə düşüb.

Albertonun Roma klubu ilə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var. 2016-cı ildən “Latsio”da çıxış edən Luis yayda komandanı tərk etməyin əleyhinə deyil. Onun transfer dəyəri 14 milyon avro olduğu bildirilir. İspaniyalı ilə “Yuventus”un da maraqlandığı bildirilib.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsümdə 43 oyunda 5 qol vurub, 11 ötürmə edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
idman.biz

1Mənbələr