AZ

İnsan beyni daha öncə bu qədər detallı araşdırılmamışdı – Möcüzəvi funksiyalar aşkarlandı

İnsan beyninin düyü dənəsinin yarısı böyüklüğündə olan hissəsi üzərində aparılan araşdırmalar mühüm nəticələri ortaya çıxarıb.

Yenicag.az xəbər verir ki, Harvard Universitetinin alimlərinin apardığı tədqiqat “Science” elmi jurnalında yayımlanıb.

Alimlərin “Google” mütəxəssislərilə birgə apardığı tədqiqat nəticəsində yuxarıda qeyd edilən kiçik beyin parçasının hər hüceyrə və sinir bağlantılarının 3D xəritəsi hazırlanıb.

1 kub millimetr kiçik beyin parçasında 57 min hüceyrə, 150 milyon sinir bağlantısı və 23 santimetr qan damarı olduğu müəyyənləşdirilib. Buradakı məlumatların həcmi isə 1400 terabayt olub.

Əldə edilən nəticə elm aləmini insan beyninin funksiyaları ilə bağlı təəccübləndirməyi bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
yenicag.az

1Mənbələr