AZ

Qobustanda 378 şagird qəzalı məktəbdə təhsil alır – Rəsmi qurum nə deyir?VİDEO

Uçuq-sökük divarlar, yararsız döşəmə, artan çatlar...

Xezerxeber.az xəbər verir ki, Qobustan rayonunun Ərəbşalbaş kənd məktəbi qəzalı və baxımsız vəziyyətdədir.

Sərvər Zahidov adına tam orta məktəb 3 korpusdan ibarətdir. Hazırda məktəbdə 378  nəfər şagird təhsil alır.

Kənd sakinləri bildirir ki, övladlarını qəzalı məktəbə göndərməyə qorxurlar.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən isə "Xəzər Xəbər" ə bildirildi ki, mayın 14-da Sərvər Zahidov adına Qobustan rayon Ərəbşalbaş kənd tam orta məktəbinə baxış keçirilib.

Bu zaman binanın təmirsiz vəziyyətdə olması müşahidə olunub. Vəziyyət ilə əlaqədar müvafiq qurumlara məlumat verilib.

Tezliklə məktəb binasının yenidən tikintisi və ya təmir edilməsi haqqında qərar veriləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
xezerxeber.az

1Mənbələr