AZ

Azərbaycan çempionatında klub sayı niyə artırılmadı? - SƏBƏB

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport" kanalına müsahibə verib.

Offsideplus.az xəbər verir ki, qurum rəsmisi Azərbaycan çempionatında klub sayının artırılmamasının səbəblərini açıqlayıb.

"Qərar verilərkən əsas götürülən məsələ bu idi ki, biz bu gün buna hazırıq, ya yox? İnfrastruktur, hakimlik, yayım məsələlərini nəzərə alaraq təhlil etdikdən sonra bu qənaətə gəlindi ki, biz bu gün 12 komandaya hazır deyilik. Gündəmdə olan məsələ çempionatda 10, yoxsa 12 komandanın olması idi. Daha artıq klub nəzərdə tutulmamışdı. Yekunda İcraiyyə Komitəsi bu qərarı verdi ki, 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında 10 klub çıxış etsin. Əsas məqsəd növbəti illərdə komanda sayının artırılmasıdır. Lakin bu konkret hansı mövsüm həyata keçəcək, bəlli deyil. Buna baxmayaraq, bu yöndə addımlar atılacaq", - Sərxan Hacıyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
offsideplus.az

1Mənbələr