Slovakiyanın baş naziri Robert Fikonun vəziyyəti ağırdır.
APA xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Erik Tomas məlumat verib.
O bildirib ki, baş nazirin bir neçə orqanı zədələndiyindən əməliyyat ləngiyir.
“Robert Fikonun səhhəti ağırdır, çünki atəş açan şəxs baş nazirin bir çox daxili orqanlarına zərər vurub”, - deyə Erik Tomas bildirib.