AZ

Rusiya sülhməramlıları Azərbaycandan nə vaxt tam çıxacaq?VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ iqtisadi regionunu ərazisindən çıxarılıb.

Sülhməramlıların yola salınması ilə bağlı Xocalı hava limanında rəsmi mərasim keçirilib.

Tədbirdə çıxış edən baş qərargah rəisi Kərim Vəliyev bildirib ki, 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əldə olunan razılığa əsasən sülhməramlı kontingentin vaxtından əvvəl missiyası başa çatıb və Azərbaycan ərazisini tərk etməsinə qərar verilib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi isə sülhməramlı kontingentinin fəaliyyətindən danışıb.

Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazovun sözlərinə görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
xezerxeber.az

1Mənbələr