AZ

Ponomaryov: “Son matça və son dəqiqəyə kimi mübarizə gedəcək”

Ölkə çempionatının 34-cü turunun ən böyük sürprizi “Sabah”ın Qəbələdə məğlubiyyətlə barışmasıdı.

Bununla da “tələbələr”in avrokubok ümidləri sarsıldı. Bəs klubda son məğlubiyyət necə qarşılanıb? İdman direktoru İqor Ponomaryovun fikirləri:
“Uduzmaq istəmirdik və bunu heç gözləmirdik. Amma rəqib bizdən yaxşı oynadı. Ümidimizi itirmirik, qarşıda hələ iki oyun var. Bu oyunlar həlledici olacaq, bunu hamımız başa düşürük. Həmişə xal itirmək ayıbdı. Amma bu futboldu, hər şey ola bilir. Bu oyuna hazırlıq baxımından müəyyən problemlər var idi. Elvin Camalov, Amin Seydiyev və İshak Belfodil oyunda iştirak edə bilmədilər. Davit Volkov birbaşa qırmızı vərəqə aldı. Bütün bunlar məğlubiyyətdə rol oynadı. İndi hamımız qalan iki görüşə ciddi yanaşmalıyıq. Bundan sonra əsas “resept” oyuna çıxmaq və vuruşmaqdı. Son turlarda bütün mövsümün ən həlledici matçları olur. İstəyimizə şatmaqda israrlıyıq. Aydındı ki, avrokuboklarda üç yer uğrunda mübarizə aparan dörd komanda çempionata ciddi yanaşır. Ona görə də son matça və son dəqiqəyə kimi mübarizə gedəcək”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
football-plus.az

1Mənbələr