AZ

Moskva Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Almatıda apardığı danışıqları alqışlayır

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində sülh müqaviləsi üzrə danışıqlarını alqışlayır.

BiG.AZ xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru-ya müsahibəsində deyib.

"Biz Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da və 11-də Almatıda sülh müqaviləsi üzrə danışıqlarını alqışlayırıq. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhün əldə olunması istiqamətində daha bir mühüm addım atılıb. Biz bunu tam dəstəkləyirik. Qazaxıstanın bu istiqamətdəki səyləri 1991-ci il Jeleznovodsk Bəyannaməsinin hazırlanmasında mühüm rol oynadı ki, bu da Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi qarşıdurmanın həlli üçün ən əhəmiyyətli səylərdən biri oldu. Almatıda İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsini əks etdirən 2020-2022-ci illər üçün yüksək səviyyəli üçtərəfli sazişlərə uyğun gəlir", - deyə Qaluzin bildirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
big.az

1Mənbələr