AZ

"Beşiktaş" ingilis futbolçu ilə bağlı qərar verdi

"Beşiktaş" "Nottingem Forest"dən icarəyə götürdüyü Co Uorrolla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisinin performansı məşqçilər korpusunu qane etmir.

İstanbul təmsilçisi ingilis futbolçunun transfer hüququna yiyələnməyəcək. Təcrübəli arxa xətt oyunçusu mövsüm bitdikdən sonra öz klubuna qayıdacaq.

Qeyd edək ki, "Beşiktaş" Co Uorrollu qışda icarəyə götürüb. İngiltərə U-21 millisinin sabiq üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
sportal.az

1Mənbələr