AZ

Azərbaycanda finala yüksəlməyi bu cür qeyd edirlər - VİDEOLAR

Region Liqasında finalçılar müəyyənləşib.

Yarımfinal qarşılaşmasında “Hypers” Saatlının “Ümid” komandası ilə üz-üzə gəlib.

“ASCO Arena”nın əsas meydanında keçirilən oyun kifayət qədər gərgin və maraqlı alınıb. Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusunun təsisçisi, həm də baş məşqçisi olduğu “Hypers” bölgəni təmsil edən rəqibini 2:0 hesabı ilə məğlub edib.

Digər yarımfinal görüşündə “Şimal” “Göyəzən”i üstələyərəq həlledici matçda oynamaq şansı qazanıb – 2:0.

“Hypers”in finala yüksəlməsi düşərgədə bayram ab-havası yaradıb. Futbolçu və məşqçi heyəti, eləcə də idarəçilərin milli musiqi sədaları altında əl qaldırıb rəqs etməsi maraqlı görüntülər yaradıb.

HƏBİB / SPORTİNFO.AZ

" target="_blank">VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
sportinfo.az

1Mənbələr