AZ

Əks yol çıxan “Toyota” yük maşını ilə toqquşdu:4 nəfər ölüb - FOTO

Rusiyanın Samara əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə М-5 "Ural" trasının 1 111-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Toyota Hilux” markalı minik avtomobili, eyni istiqamətdə hərəkətdə olan “Lada Kalina”ya arxadan çırpılıb. Daha sonra əks yol çıxan “Toyota” yük maşını ilə toqquşub.

Nəticədə “Toyota”nın sürücüsü, 2 sərnişini və yük maşınının sürücüsü ölüb.

Yerli prokurorluq tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
avtosfer.az

10Mənbələr