AZ

MHP ilə AK Parti arasında siyasi bloku pozmağa çalışma iddiaları var-Kazım Kazımov- ÖZƏL

"Təəssüflər olsun ki, Türkiyə bu gün, ona bənzəri  olmasa da ən azından yenə də 15 iyul, 2012-ci  ildə 17 -25 dekabr hadisələri kimi o günləri andıran bir günə oyandı". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Belə ki, Türkiyədə bu gün, xüsusilə daxili işlər orqanları içərisində prokurorluğun və məhkəmənin qərarı olmadan qanunsuz dinləmələrin keçirildiyi ortaya çıxdı və bunu Ankaradakı polis təşkilatının bəzi yüksək rütbəli zabitlərin içərisində yer aldığı ifadə edildi. Təbii ki, müxtəlif qruplaşmaların adı keçir. Burda ancaq ən son bilgilərə görə nurçuların oxuyucular qrupu tərəfindən belə bir əməliyyatın çevrilişə cəhd və yaxud da provokativ bir əməliyyat iddiası var. Burada da Ankara Emniyet müdiri Engin Dinçin adı keçir.
Bəs nə üçün belə bir addım atıldı? Əvvəlcə ona baxmaq lazımdır. Ayhan Bora Kaplan Mafiya soruşdurmasında çox yüksək rütbəli şəxslərin, millət vəkillərinin, xüsusən də AK Partiya və Milliyyətçi Hərəkatı İqtisad Partiyası nümayəndələrinin və bir çox müxalif siyasilərin telefonlarının dinləndiyi ortaya çıxdı. Burada iki əsas arqument irəli sürür: Birincisi, burada nurçu qruplaşmaların hakimiyyət daxili intriqaların arxasında olduğu iddiası var. Digər tərəfdən isə hakimiyyət içərisində bir qarışıqlıq əmələ gətirib, MHP ilə AK Parti arasında siyasi bloku pozmağa çalışma iddiaları var. Ancaq hələ ki, əllərində net bir dəlil yoxdur. Sadəcə bu gün ölkədə belə bir şeyin baş verməsi hamı tərəfindən bir şokla qarşılandı. Cənab Ərdoğan açıqlamasında bildirdi ki, əsla bürokratiyanın, məmur aparatının belə bir şeyə girişməsinə icazə vermərik. Dövlət başçıları isə bunu dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi. Bildiyimiz kimi, beş dəfə prezident iqamətgahında Türkiyə xüsusi xidmət orqanının rəhbəri İbrahim Kalın, ədliyyə naziri cənab Ərdoğanla görüş təşkil etdilər. Hal-hazırda hadisənin heç bir davamı yoxdur. Ancaq belə görünür ki, kim bunu etmək istəyirsə, bu gün onun arzusu ürəyində qaldı. Çünki türk polisi, Türk Güvənlik Təşkilatı, təəssüflər olsun ki, məmur aparatın içinə sızmış bir dəstəni də ifşa etdi. Bunun arxasında tam olaraq kimlərin dayandığı və nəyə xidmət etmək istədikləri isə yaxın aylarda əlbəttə ki, gün üzünə çıxacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
olaylar.az

1Mənbələr