AZ

Putin müdafiə nazirini niyə dəyişdiyini AÇIQLADI

"Andrey Belousov Rusiya Federasiyasının yeni müdafiə naziri oldu, çünki hərbi xərclər artır".

News24.az Modern.az-a istinadla xəbər verir ki, “Rossiya 24”ün məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin hərbi dairələrin komandirləri ilə görüşündə deyib.

“Belousovun müdafiə naziri təyin edilməsi hərbi komponentə xərclərin artması ilə əlaqədardır. Belousov ordu və müdafiə sənayesinin iqtisadiyyatını ölkənin ümumi iqtisadiyyatına necə uyğunlaşdıracağını başa düşür”, - deyə Vladimir Putin bildirib.

Rusiya Federasiyasının başçısı həmçinin qeyd edib ki, 2024-cü ildə müdafiə və təhlükəsizlik xərcləri təxminən 8,7% təşkil edəcək. Bununla belə, dəyişikliklər ola bilər.

Görüşdə Putin xüsusilə vurğulayıb ki, ordu nə qədər effektiv fəaliyyət göstərsə, Ukraynadakı münaqişə bir o qədər tez həll oluna bilər.

Andrey Belousov mayın 14-də axşam rəsmi olaraq müdafiə naziri olub. Bu postdan uzaqlaşdırılan Sergey Şoyqu isə Təhlükəsizlik Şurasının katibi təyin olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
news24.az

4Mənbələr