“Məqsədimiz mövsümü ikinci pillədə başa vurmaqdır. Lakin bu, heç də asan olmayacaq“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Andre Sinyaşiki deyib.
Braziliyalı legioner “Premyer Liqanın son iki oyununa necə köklənəcəksiz“ sualına cavabında bunlarısöyləyib:
“Bunun üçün “Neftçi”nin adı bəs edır. Hansı komandanın sıralarında olduğumu dərk edərək meydanda canımızı qoymalıyıq.
Hər şey öz əlimizdədir. İki oyunda qələbə 6 xal edir. Bunu bacarandan sonra hansısa problem olacağını düşünmürəm“.