AZ

Paşinyan çətin durumdadır



"Ermənistanın baş naziri Nikol Paşinyan çətin durumdadır. Bir tərəfdən Azərbaycan qarşısında götürdüyü öhdəliklərə əməl edib sülh müqaviləsinə imza atmalı olduğu halda, digər tərəfdən artan eturqazları önləməlidir. Ən pis olanı odur ki, etirazların arxasında xarici amillər də dayanır".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, həm Rusiya, həm də Qərb Ermənistandakı etirazlardan istifadə edib öz planını həyata keçirmək istəyir:

"Əgər əvvəllər Paşinyanın devrilməsində yalnız Rusiya maraqlı idisə, indi Qərbdə, Avropadakı müəyyən dairələr də erməni baş naziri devirmək istəyirlər. Çünki Paşinyan Qərbdən, Avropadan edilən maddi və siyasi dəstəyin müqabilində Rusiya ilə yollarını tamamilə ayırmağı bacarmadı. Bir sözlə Paşinyan onun qarşısında qoyulan öhdəliyə əməl etmədi".

Analitik Qrup hesab edir ki, indi halda Paşinyanın hakimiyyətdən devrilməsi Azərbaycan üçün sərfəli deyil:

"Çünki bu istər-istəməz sülh müqaviləsinin imzalanmasına öz mənfi təsirini göstərəcək və prosesi əngəlləyəcək2.

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
newscenter.az

1Mənbələr