AZ

Zaniolo Avro-2024-ü buraxa bilər

"Aston Villa"nın və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Zaniolo Almaniyada keçiriləcək Avro-2024-ə getməmək riski ilə üzləşib.

90deqiqe.Az xəbər verir ki, buna səbəb Nikolonun “villanlar”ın Premyer Liqada “Liverpul”a qarşı keçirdiyi son matçda (3:3) zədələnməsidir. Müayinələr futbolçunun sol ayağında mikrosınıq olduğunu göstərib. Yaxın vaxtlarda futbolçu zədəsinin dərəcəsini anlamaq və nə qədər meydanda ola biləcəyini öyrənmək üçün İtaliyada əlavə müayinələrdən keçəcək.

Avropa çempionatında italyanlar çox çətin B qrupuna düşüblər. Hazırkı Avropa çempionlarının rəqibləri İspaniya, Xorvatiya və turnirin “qaranlıq atı” Albaniya millisi olacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
90deqiqe.az

1Mənbələr