AZ

Bakıda evlərini kirayə verənlər necə dələduzların qurbanı oldu? - TƏFƏRRÜATLARVİDEO

Evlərini kirayə verdikləri şəxs əmlakları başqasının adına keçirərək satıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Xətai rayonunda 3 otaqlı evini kirayə verən Rəhim İsmayılov və Turan Nəbilinin başına gəlib.

Onlar iddia edir ki, Rauf Kazımov adlı şəxs hər iki vətəndaşı aldadıb.

Zərərçəkənlər bildirir ki, dələduzlar onların 300 minlik evini Rusiya Federasiyasında verilmiş saxta etibarnamə əsasında satıblar.

Digər şikayətçi də iddia edir ki, həmin şəxs onun evini eyni qaydada ələ keçirərək satıb və ölkəni tərk edib.

Zərərçəkən vətəndaşlar bununla bağlı hüquq- mühafizə orqanlarına müraciət ediblər. İndi onlar məhkəmənin verəcəyi ədalətli qərarı gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
40
xezerxeber.az

10Mənbələr