AZ

"Bu qəddar, terrorçu dövlət Qəzzada dayanmayacaq, vəd edilən torpaq arzusuyla Anadolunu hədəfə alacaq" - Ərdoğan

"Hər il mayın 15-də Nəqba günündə fələstinlilərin öz evlərinə dönmək və öz müstəqilliyi barədə ümidləri dirçəlir..."
 
Ərdoğan İsraili qəsbkarlıq niyyətlərində ittiham edib
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə HƏMAS arasında müharibə başlanandan bəri Fələstin xalqına qarşı əsl soyqırım törədən İsrail rejimini ittiham etməkdə davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "nikk.agency" nəşri yazıb.
 
Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxışı zamanı İsraili qəsbkarlıq niyyətlərində ittiham edib.
 
"İsrail Qəzzada dayanmayacaq. Əgər bu qəddar, terrorçu dövlətə dur deyən olmasa, gec-tez o, öz vəd edilmiş torpaq arzuları ilə Anadolunu hədəfə alacaq", - Ərdoğan bəyan edib.
 
O, İsrail baş naziri Binyamin Netanyahu və soyqırımda iştirak edənlərin tökülən hər damla qana görə məsuliyyət daşıyacağını vəd edib.
 
O, həmçinin əmin edib ki, Ankara həm öz torpaqlarının müstəqilliyi uğrunda döyüşən, həm də Anadolunu (kiçik Asiya, müasir Türkiyənin böyük bir hissəsi) müdafiə edən HƏMAS-a hərtərəfli dəstək göstərməkdə davam edəcək.
 
Ankara Fələstinə və Fələstin işinə yardım edəcək və bunun üçün bütün imkanlarını işə salacaq.
 
"Fələstinlilər mayın 15-ni İsrail dövləti yaradılandan sonra Böyük Fəlakət və ya Nəqba günü adlandırıb. Hər il mayın 15-də onların öz evlərinə dönmək və öz müstəqilliyi barədə ümidləri dirçəlir.
 
Nəqba günündə mən bütün fələstinli qardaşlarımıza ən səmimi arzularımı çatdırıram. Biz Nəqbanın ağrısını onlar kimi ürəklərimizdə hiss edirik. Nəqba günündə biz də onlar kimi ümid edirik", - bunu Ərdoğan "X" sosial şəbəkəsində yazıb.
 
O, əmin olduğunu bildirib ki, "gec-tez fələstinlilər qoruyub saxladıqları və nəsillərdən-nəsillərə ötürdükləri evlərinin  açarlarından istifadə edəcək".
 
Dünən Türkiyə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək Cənubi Afrikanın Qəzzada soyqırım ittihamları ilə İsrailə qarşı iddiasına qoşulmaq barədə sorğu göndərib. 
 
Bu ərəfədə bəlli olub ki, HƏMAS-ın İsrail ilə müharibəsində yaralanan mindən artıq döyüşçüsü Türkiyədə müalicə alır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
moderator.az

10Mənbələr