AZ

Ukrayna MDB-nin silahlı və strateji qüvvələrə dair müqavilələrindən çıxıb

Ukrayna prezidenti Volodimir Zelenski silahlı və strateji qüvvələr də daxil olmaqla bir sıra MDB sazişlərindən çıxmaq barədə fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, Ukrayna dövlət başçısının saytında dərc olunan fərmanlara əsasən, Kiyev MDB-nin silahlı qüvvələr və sərhəd qoşunları haqqında 1991-ci il müqaviləsindən çıxıb. 

Ukrayna həmçinin 1991-ci il strateji qüvvələr və 1992-ci il strateji qüvvələrin statusu haqqında sazişlərdən çıxıb.

Bundan əlavə, tərksilah məsələləri üzrə Birgə Məşvərət Komissiyasının yaradılması haqqında 1992-ci il sazişindən çıxmaq barədə fərman dərc edilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
operativmedia.az

1Mənbələr