AZ

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycandakı laboratoriyaların şəraitini yüksək qiymətləndirib

Belarusun

Bakı, 15 may, AZƏRTAC

Belarus ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində bazar münasibətləri yüksək səviyyədə inkişaf edir. İki ölkənin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi uğurla davam etdirilir. Son illərdə bu əlaqələr əhəmiyyətli inkişaf edib. Bu, Belarus tərəfdən ət və süd məhsullarının ölkəyə satışı nəticəsində baş verib, Azərbaycandan isə əsasən, ölkəmizdə yetişməyən bütün məhsulları idxal edirik. Bunlar quru meyvələr, sitrus bitkiləri və digər məhsullardır. Ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur, lakin bu, bazar münasibətlərinin təkmilləşdirilməsini və əlbəttə ki, həcminin artırılmasını zəruri edir.

AZƏRTAC xəbər verir ki, bunu Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə görüşün yüksək səviyyədə keçdiyini deyən Sergey Bartoş əməkdaşlığın dərinləşdirilməsi üçün həyata keçirilməsi planlaşdırılan bir çox layihələrin müzakirə edildiyini vurğulayıb.

“Azərbaycan bizim üçün dost ölkədir, postsovet məkanındakı bütün ölkələr kimi. Bu münasibətləri inkişaf etdirmək və təkmilləşdirmək lazımdır”, - deyə nazir bildirib.

O, Azərbaycan və Belarus arasında ərzaq təhlükəsizliyi sahəsində ekvivalentlik sisteminin tətbiqindən danışaraq bildirib ki, bu, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, mübadilə əməliyyatlarının sadələşdirilməsinə kömək edəcək. Ona görə də burada heç bir əngəl olmamalıdır. “Bundan əlavə, biz həm də birgə müəssisələr yaradırıq”, - deyə belaruslu nazir əlavə edib.

Azərbaycanın Qida Təhlükəsizliyi İnstitutu ilə tanışlığından bəhs edən nazir belə laboratoriyaların hər bir səviyyədə gərəkli olduğunu qeyd edib.

“Bizim, deyək ki, ikili nəzarət sistemimiz mövcuddur. Sizin ölkədə isə bütün məhsulları yoxlayan ayrıca qurum fəaliyyət göstərir. Əlbəttə ki, laboratoriyalarınız yüksək səviyyədədir, çox müasirdir və ən son texnologiyalarla təchiz olunub. Əhalini keyfiyyətli məhsullarla təmin etmək üçün laboratoriyalar məhz belə olmalıdır”, - deyə Sergey Bartoş bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
azertag.az

1Mənbələr