AZ

Premyer Liqanın son 2 turunda əcnəbi hakimlər olacaq

Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər iş başında olacaq.

Apasport.az futbolxeber.az-a istinadən xəbər verir kixarici referilər yaşıl meydanda deyil, VAR-da yer alacaqlar. Lakin bu qərar bütün matçlara şamil edilməyəcək. Böyük ehtimalla, eyni vaxtlarda başlayacaq görüşlərdə, yəni avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin qarşılaşmalarında VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə ediləcək. Görünür, son zamanlar hakimlərlə bağlı tənqidlərin artması AFFA-nı əcnəbi hakimlərin xidmətindən yararlanmağa məcbur edib.

Xatırladaq ki, 35-ci turda “Sabah” - “Sumqayıt”, “Səbail” - “Neftçi”, “Kəpəz” - “Zirə” matçları eyni vaxtda başlayacaq.  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
5
apasport.az

6Mənbələr