AZ

Blind "Jirona" ilə müqaviləsini uzadıb

"Jirona" müdafiəçi Deyli Blindlə müqaviləni uzadıb.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı futbolçu ilə 2026-cı ilin ortalarına qədər qüvvədə olan əmək müqaviləsi imzalanıb.

Hollandiyalı oyunçu ötən yaydan “Jirona”da çıxış edir. 2023/2024 mövsümünün 35 rəsmi matçında müdafiəçi tərəfdaşları üçün üç qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Jirona” artıq Çempionlar Liqasındakı yerini təmin edib. Komanda tarixdə ilk dəfə qitənin əsas klub turnirində mübarizə aparacaq. "Jirona" növbəti La Liqa matçını bazar günü, mayın 19-da rəqib meydanında "Valensiya"ya qarşı keçirəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
90deqiqe.az

1Mənbələr