AZ

Putin Fikoya sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya prezidentinə teleqram göndərib

Rusiya Prezidenti Vladimir Putin baş nazir Robert Fikoya sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya prezidentinə teleqram göndərib.

Bizim.Media xəbər verir ki, Rusiya lideri baş verənləri qəzəblə qarşıladığını bildirib və bunu heç bir əsası olmayan dəhşətli cinayət adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Slovakiyada hökumət binasında atışma: Baş nazir yaralandı - FOTO-VİDEO


“Mən Robert Fikonu cəsarətli və iradəli bir insan kimi tanıyıram. Həqiqətən ümid edirəm ki, bu keyfiyyətlər ona bu çətin vəziyyətdən sağ çıxmağa kömək edəcək. 

Xahiş edirəm, ona ən səmimi dəstək sözlərimi, habelə tezliklə sağalması ilə bağlı arzularımı çatdırın”, - deyə mətndə qeyd edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
44
bizim.media

10Mənbələr