AZ

“Şaxtyor” 15-ci dəfə çempion oldu - TURUN İCMALI

Turun mərkəzi oyununda çempionluğun taleyi həll olunurdu.

“Football-plus.az” xəbər verir ki, vəziyyət elə idi ki, “Dinamo”nu yalnız qələbəqane edirdi. Bu halda gərginlik son həddə çatacaqdı. Ancaq kiyevlilər qəhrəmanlıq etməyi bacarmadı. Əksinə, “Şaxtyor” qələbə qazanmaqla tarixindəki 15-ci çempionluğu rəsmiləşdirdi. Yeganə qolu 33-cü dəqiqədə penaltidən Sudakov vurdu. Kiyevlilər qalan vaxt ərzində çox çalışsalar da, oyunun axarını dəyişməyi bacarmadılar. 15-ci dəfə qızıl medalları qazanan Donetsk klubu çempionluq sayına görə “Dinamo”dan bir vahid geri qalır. Marino Puşiçin çalışdırdığı komandanın mövsümü “qızıl dubl”la bitirmək şansı da var. “Şaxtaçılar” mayın 15-də ölkə kubokunun finalında “Vorskla” ilə qarşılaşacaq.

Hesabat turunda daha bir maraqlı hadisə baş verdi. Mayın 12-də keçirilən “Krivbass” – “Polesye” oyunu Dnepropetrovsk vilayətində elan olunan uzun hava həyəcanı siqnalı üzündən başa çatdırılmadı. Komandalar qarşılıqlı razılıq əsasında dünən yenidən meydana çıxdı. Oyun yarımçıq qalanda 37-ci dəqiqə gedirdi və “Polesye” Tankovskinin vurduğu qolla 1:0 öndə idi. Bu hesab sona qədər də dəyişmədi. Soydaşımız Emil Mustafayev qaliblərin heyətində sona qədər meydanda oldu.

28-ci tur
Şaxtyor – Dinamo 1:0
Sudakov, 33-p.
Şaxtyor: Riznık, Azarov (Rakitski, 72), Bondar, Konoplya, Matviyenko, Bondarenko (Stepanenko, 61), Krıskiv, Sudakov (Qomes, 84), Zubkov (Eginaldo, 84), Kevin, Sikan (Traore, 61).
Dinamo: Buşan, Vivçarenko (Dubinçak, 87), Dyaçuk, Popov, Tımçik, Brajko, Buyalski (Şepelev, 77), Voloşin (Yarmolenko, 46), Vanat, Kabayev (Ponomarenko, 87), Şaparenko.
Vorskla – Minay 2:3
Pavlyuk, 36. Qluşenko, 55 – Remenyak, 68; 78. Vitençuk, 101-p.
Obolon – Rux 0:0
Aleksandriya – Dnepr-1 1:0
Şostak, 18.
Çernomorets – Metallist 1925 3:0
Vasilyev, 45. Ştoqrin, 52. Boyçuk, 59.
Krivbass – Polesye 0:1
Tankovski, 25.
Kolos – LNZ 1:3
Bondarenko, 24 – Bessala, 44. Naumets, 62. Soares, 67.
Zarya – Veres 1:1
Yatsik, 9 – Şestal, 60.
1. Şaxtyor 28 22 4 2 62-21 70
2. Dinamo 28 20 3 5 67-26 63
3. Krivbass 28 16 6 6 47-27 54
4. Dnepr-1 28 13 9 6 37-26 48
5. Rux 28 11 13 4 41-29 46
6. Polesye 28 13 7 8 34-27 46
7. LNZ 28 9 8 11 28-33 35
8. Zarya 28 7 11 10 28-34 32
9. Çernomorets 28 10 2 16 38-43 32
10. Aleksandriya 28 7 9 12 25-36 30
11. Vorskla 28 8 6 14 27-44 30
12. Kolos 28 6 11 11 19-28 29
13. Obolon 28 5 11 12 17-35 26
14. Veres 28 5 9 14 27-43 24
15. Minay 28 4 10 14 24-45 22
16. Metallist 1925 28 5 7 16 28-52 22
Bombardirlər: Vanat (Dinamo) – 13, Buyalski (Dinamo), Sikan (Şaxtyor) – 10.
Növbəti turun oyunları mayın 19-da keçiriləcək: Dinamo – Krivbass, Vorskla – Obolon, Dnepr-1 – Şaxtyor, Rux – Çernomorets, Metallist 1925 – Polesye, Veres – Aleksandriya, Minay – Kolos, LNZ – Zarya.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
football-plus.az

1Mənbələr