AZ

Zelenski Fitsoya sui-qəsdə münasibət bildirdi: Bu zorakılıq aktını...

Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd hadisəsinə münasibət bildirib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, bu barədə Zelenski X hesabında yazıb.

Ukrayna rəhbəri Slovakiyanın baş nazirinə hücumu dəhşətli hadisə adlandırıb və vurğulayıb ki, ölkəsi “qonşu tərəfdaş dövlətin hökumət başçısına qarşı bu zorakılıq aktını qətiyyətlə pisləyir”:

“Zorakılığın heç bir ölkədə, heç bir formada və ya hər hansı sahədə normaya çevrilməməsi üçün hər cür səy göstərilməlidir. Biz Robert Fitsonun tezliklə sağalacağına ürəkdən ümid edirik və Slovakiya xalqı ilə həmrəy olduğumuzu bildiririk”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
37
musavat.com

10Mənbələr