AZ

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif etdi

“Ölkə hökuməti BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun son iclasında dövlətləri “iqtisadi azadlıq zonası” haqqında sazişi qəbul etməyə dəvət edib”.

Valyuta.az xəbər verir ki, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada RİA Novosti-yə müsahibəsində bildirib.

“Təsəvvür edin ki, Venesuela və Rusiya müqavilə imzalayıb. İngiltərə, Fransa və ya ABŞ-ın qərarları ölkələrimizdə tanınmır və bizim bir-birimizlə qanuni, legitim iş aparmaq azadlığımız var”, - o deyib.

Monkada izah edib ki, plana görə, ABŞ-ın iqtisadi təcavüzünə qarşı çıxmaq və ondan qorunmaq üçün belə bir saziş 50 və ya 100 ölkə tərəfindən imzalanacaq. O əlavə edib ki, belə bir təklif Rusiyaya və “dünyadakı bütün dostlara” məcburi birtərəfli tədbirlərlə mübarizə aparmaq üçün edilib.

Qeyd edək ki, mayın 10-da ABŞ hakimiyyəti Venesuelanın neft-qaz sektoru ilə əməliyyatlara icazə verən sənədin müddətini müvəqqəti uzadıb.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
valyuta.az

2Mənbələr