AZ

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemologiya Mərkəzi tender müsabiqəsi keçirmədən 4 şirkətlə satınalama müqaviləsi imzalayıb.
Yeniavaz.com
 xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin satınalma müqaviləsi imzaladığı şirkətlər aşağıdakılardır:

Satınalma müqavilələrində diqqət çəkən məqamlardan biri odur ki, şirkətlər yeni yaranıb. Bu şirkətlər barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur.
“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün şirkətlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, etibarlılığı olmalıdır. Cəmi bir ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Şirkətlərlə bağlı məlumatlardan da aydın görünür ki, fərqli ünvanlarda qeydiyyata alınasalar da onların arasında bağlılıq var.
Onu da qeyd edək ki, bu cür şübhəli məqamlar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəfələrlə həyat keçirilib. Hətta, bir neçə il əvvəl Hesablama Palatası “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələrində ciddi nöqsanlar aşkarlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
4
tribunainfo.az

7Mənbələr