AZ

Hizbullah İsrailin iki hərbi bazasına raketlərlə hücum edib

Hizbullah İsrailin iki hərbi bazasına raketlərlə hücum edib.

BiG.AZ xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundakı Sur şəhəri yaxınlığında Hizbullahın səhra komandirlərindən Hüseyn İbrahim Məkkinin ölümü ilə nəticələnən hava hücumuna cavab olaraq dünən İsrailə qarşı iki ayrı hücumun təşkil edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, İsrailin Yuxarı Cəlil bölgəsində yerləşən Meron Hava Bazasındakı kəşfiyyat avadanlığı Katyuşa raketləri, artilleriya atəşi və ağır raketlərlə hədəfə alınıb.

Həmçinin bildirilib ki, Branit hərbi bazasında yerləşən 91-ci briqada İran istehsalı olan "Burkan" raketi ilə tam dəqiqliklə vurulub.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
big.az

10Mənbələr