AZ

Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir - Pelleqrini

Dövlətin ən yüksək səviyyəli nümayəndələrindən biri olan Baş nazir Roberto Fikoya qarşı sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükə yaradır.

Publika.az xəbər verir ki, bu barədə Slovakiyanın seçilmiş Prezidenti Peter Pelleqrini sosial şəbəkədəki səhifəsində yazıb.

“Fərqli siyasi baxışlara nifrətin nəyə gətirib çıxara biləcəyindən dəhşətə gəlirəm. Biz hər şeydə razılaşmaq məcburiyyətində deyilik, lakin fikir ayrılığımızı demokratik və hüquqi yolla ifadə etməyin bir çox yolu var”, - o qeyd edib.

Pelleqrini onu da əlavə edib ki, insanlar müxtəlif siyasi fikirləri seçki məntəqələrində deyil, küçələrdə silahla ifadə etsələr, Slovakiyanın müstəqil olduğu son 31 ildə qurduğu bütün demokratik dəyərləri təhdid etmiş olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
5
publika.az

10Mənbələr