AZ

Netanyahu Yaxın Şərqdəki münaqişənin iki dövlətli həlli ideyasını rədd edib

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həlli ideyasını rədd edib. 

"Operativ Media" xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

"İnsanların haqqında danışdığı iki dövlətli həll, əsasən, terrorçular üçün ən böyük mükafat olacaq. Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərin əksəriyyəti zorakılığı dəstəkləyir", - Netanyahu qeyd edib.

Netanyahu hesab edir ki, Fələstinə dövlətçiliyin verilməsi tarixi presedent yaradacaq. Onun fikrincə, bu dövlət dərhal HƏMAS və İranın təsirinə düşəcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
operativmedia.az

2Mənbələr