AZ

ərdoğan yeni avtomobillərlə tanış oldu

Türkiyə  Prezidenti  Ərdoğan Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) Qoşa Qüllədə keçirilən 80-ci Baş Assambleyasına qatılıb.

 

Oxu24.com Türkiyə mediasına  istinadən  xəbər  verir  ki, Prezident Ərdoğan Toqqun yeni modeli ilə tanış olub.

 

2013-cü ildə TOBB 69-cu Baş Assambleyasının xatirəsinə TOBB Əkiz Qüllələrinin bağçasında əkdiyi ağacı sulayan Ərdoğan Baş Assambleyadakı çıxışından sonra Togg stendini ziyarət edib.

 

Burada Toggun yeni T10F modelini araşdıran və səlahiyyətlilərdən məlumat alan Ərdoğana TOBB sədri Rifat Hisarcıklıoğlu, Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı  və Ticarət Naziri Ömər Bolat müşayiət edib.

 

Prezident Ərdoğan Toqqun yeni modeli qarşısında müşayiət edənlərlə xatirə şəkli çəkdirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
oxu24.com

2Mənbələr