AZ

Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir

Slovakiyanın Baş naziri Roberto Fikoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.

“Report” xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.

Şübhəli şəxs yazıçıdır, lakin hazırda özəl mühafizə şirkətində işləyir.

Fikoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin oğlu mediaya açıqlamasında atasının qanuni şəkildə silaha sahib olduğunu deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
6
report.az

7Mənbələr