Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının təşəbbüsü, Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Beynəlxalq İqlim Günü”nə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirdə Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli tədbirin məqsədini açıqlayaraq ölkəmizin iqlim dəyişmələrinə qarşı gördüyü tədbirlərin önəmini, COP29 kimi beynəlxalq miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin həm ictimai, həm siyasi nüfuzu və uğuru olduğunu vurğulayıb.