AZ

“Çelsi”nin sahibi: “Biz gələcəyə sərmayə edirik”

“Çelsi”nin sahibi Todd Bouli komandanın xərcələri barədə danışıb.

İdman.biz xəbər verir ki, amerikalı biznesmen Qətər İqtisadi Forumunda çıxış edib.

Bouli London klubunu transferlərə böyük pullar xərclədiyinə görə qınayanlara cavab verib: “Biz pul xərcləmirik, gələcəyə sərmayə edirik. Bu futbolçular öz dəyərlərini saxlayırlar”.

“Çelsi” son 3 transfer pəncərəsində transferlərə 1 milyarddan çox pul xərcləyib. Ötən ilin avqustunda londonlular İngiltərə Premyer Liqasının ən bahalı keçidinə imza atıblar. “Zadəganlar” Moyses Kaysedonun transferinə görə, “Brayton”a 133 milyon avro ödəyiblər.

Qeyd edək ki, “Çelsi” 2023/2024 mövsümünü titulsuz başa vurub. Komanda Premyer Liqada 57 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
idman.biz

1Mənbələr