AZ

Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşüb. 

"Unikal" xəbər verir ki, görüşdə dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlıq müzakirə olunub.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
unikal.az

1Mənbələr