AZ

Əfqanıstan nadir torpaq metallarının hasilatı üzrə Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır – nazir




"Bu metalların və mineralların çıxarılması üçün yaxşı potensial var və ümid edirəm ki, Rusiya şirkətləri bu sahədə Əfqanıstana sərmayə qoyacaqlar", - Nuruddin Əzizi əlavə edib.
Əfqanıstan nadir torpaq metallarının hasilatı üzrə Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır və Rusiya şirkətlərindən investisiyalar gözləyir, Taliban radikal hərəkatının (Rusiyada qadağan olunmuş) müvəqqəti hökumətində sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi bildirib.

"Əfqanıstanda bizim çox böyük litium və mis ehtiyatlarımız, eləcə də qiymətli daşlar kimi mineral ehtiyatlarımız var. Bu metalların və mineralların çıxarılması üçün yaxşı potensial var və ümid edirəm ki, Rusiya şirkətləri Əfqanıstana bu sahədə sərmayə qoyacaqlar. O, "Rusiya - İslam Dünyası: KazanForum" forumunda deyib.

xatırladırıq lki, Mayın 14-19-da Kazanda “Rusiya - İslam Dünyası: KazanForum 2024” XV Beynəlxalq İqtisadi Forumu keçirilir. Bu ilki əsas mövzu "Güvən və Əməkdaşlıq"dır. Forumun əsas məqsədi Rusiya regionları ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələri gücləndirmək, həmçinin İslam maliyyə sistemi institutlarının inkişafına kömək etməkdir.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
aia.az

1Mənbələr