AZ

Rusiya MN-in idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı

Rusiya MN-in idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı

Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun işində iştirak edən ikinci şəxs - Leva Martirosyan həbs edilib.

Basmannı məhkəməsi onu iyulun 12-dək həbsdə saxlamaq barədə qərar verib. Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur.

Məhkəmənin mətbuat xidməti açıqlamasında bildirib ki, Kuznetsov Martirosyanı hərbi xidmət vasitəsilə tanıyıb.

Bununla əlaqədar olaraq, Kuznetsovun Martirosyana himayədarlıq etmək müqabilində xüsusilə külli miqdarda digər əmlak formasında rüşvət alması iddia edilir. (oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
sonxeber.az

1Mənbələr