AZ

Slovakiya yaralı baş nazirin yerinə adam axtarmağa başlayıb

Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fikonu müvəqqəti olaraq ölkənin baş nazirinin müavinlərindən biri əvəz edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, mümkün əvəzetmə variantları barədə “Dennik N” nəşri yazıb.

...Əgər Robert Fiko uzun müddət xəstədirsə, baş nazirin müavinlərindən biri onu əvəz etməlidir.

Bunu yazan əşrin məlumatına görə, hazırda Slovakiya hökumətində baş nazirin dörd müavini var.

Yəqin ki, baş nazirin səlahiyyətlərini müdafiə naziri Robert Kalinjak üzərinə götürə bilər, çünki həm o, həm də Fiko Smer partiyasına mənsubdurlar.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
sia.az

1Mənbələr