AZ

Bakıda tülkülər niyə artıb?

Son günlər şəhərdaxili küçələrdə gözə dəyən tülkülər sakinləri təşvişə salıb. Onlar müvafiq qurumların tədbir görməsinin vacibliyini qeyd edirlər.

News24.az bildirir ki, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov Pravda.az-a açıqlamasında deyib ki, heyvanların sinantroplaşması normal prosesdir. 

İki milli parkda 120 fototələ quraşdırılıb" - Elşad Əsgərov

“Şəhərdən kənarda olmaları normaldır. Amma şəhərin içinə, yaşayış məskənlərinə vəhşi heyvanları, hətta ayıları belə ən çox zibil qutuları, məişət tullantıları cəlb edir. Tülkülər bunları açmağı bacarır. Bəzən tülkülər zirzəmilərdə özlərinə yaşayış yeri tapırlar. Əsas qidadır, qida olmasa, şəhərə gəlməzlər. Əlbəttə ki, tülkü təhlükə mənbəyidir. Yırtıcı heyvandır, quduz ola, uşaqları tuta bilər. Quduzluqdan qurtulmaq isə çətindir, çox ağır xəstəlikdir. Şəhərdəki tülkülərlə mübarizə aparmaq lazımdır. Mübarizənin birinci yolu şəhəri təmiz saxlamaqdır. Yeməyə nəsə tapmasalar, çöldə siçan axtarmağa gedəcəklər. Tülkülərin əsas qidasını siçanlar, siçanabənzər gəmiricilər təşkil edir. Qum siçanı, meşə, çöl siçanları, quşlar, həşəratlar, böcək... Həyət evlərində yaşayanlar tərəfindən daha çox şikayətlər gəlir ki, bağ evlərində tülkü çoxdur. Gedib orada yuva qururlar. Həyət evlərindən tülküləri qovmağın yeganə üsulu yaxşı it saxlamaqdır. İtin səsindən qaçıb gedirlər. Yoxsa güllələmək, vurmaqla qəddarlıq etmək də olmaz”, - alim bildirib. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
news24.az

10Mənbələr