AZ

69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 17-də elan edilmiş daxilimüsahibələrin keçirilmə qrafikini təqdim edib.

DİM-dən Trend-ə bildirilibki, elan üzrə 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifədaxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrəqeydiyyatdan keçmiş 210 namizədlə 212 müsahibənin keçirilməsiplanlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Elm və Təhsil Nazirliyi yanındaMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Yerli bölmələr,Qazax-Tovuz Regional Təhsil İdarəsi, Gədəbəy rayonu üzrə təhsilsektoru, Gəlirlərin icrası və uçotu sektoru, sektor müdiri (1vakant yer üzrə 12 namizəd) vəzifəsi üzrə yaranıb.

Müsahibələrin mayın 20-dən iyulun 2-dək olan dövrdə keçirilməsiplanlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmişnamizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatıDİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsiüçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait vəresurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki,onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir,namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və beləhallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetininnömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsinibasmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəlmüsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
13
az.trend.az

10Mənbələr