AZ

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinə start verilib

PISA

Bakı, 15 may, AZƏRTAC

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinə start verilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, sınaq mərhələsi həyata keçirilən tədqiqata ölkə üzrə 70 məktəb olmaqla 3000-dən çox şagirdin cəlb olunması planlaşdırılıb.

Bildirək ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.

Qeyd edək ki, sözügedən tədqiqatın ölkəmizdə həyata keçirilməsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
azertag.az

1Mənbələr