AZ

“Ukraynaya əlavə 2 milyard dollar ayıracayıq” – Blinken


Birləşmiş Ştatlar yeni müdafiə sənayesi fondu vasitəsilə Ukraynaya əlavə 2 milyard dollarlıq hərbi maliyyə vəsaiti ayırmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
“Əlavə etmək istərdim ki, biz Ukraynaya yeni müdafiə sənayesi fondu vasitəsilə əlavə 2 milyard dollar verəcəyik. Fondun vəsaiti üç hissəyə bölünəcək. Birincisi mümkün qədər Kiyevi silahla təmin etməyə gedəcək, ikincisi Ukrayna hərbi-sənaye kompleksinin bərpasına və modernləşdirilməsinə, üçüncüsü isə digər ölkələrdən hərbi texnikanın alınmasına yönəldiləcək”, - Blinken bildirib.
O əlavə edib ki, ABŞ-nin Ukraynaya yardım üçün yeni fondu həm Kiyevin digər ölkələrdən silah almasını, həm də Ukraynanın özünün hərbi sənaye kompleksinin inkişafını təmin edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
yeniavaz.com

1Mənbələr