AZ

Təhsil İnstitutu və Özbəkistanın Milli Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə Özbəkistan Respublikasının Milli Tədqiqat İnstitutu arasında memorandum imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən görüşdə tərəflər qurumların fəaliyyət istiqamətləri, prioritet məsələlər, eləcə də təcrübə mübadiləsi və mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, memorandum çərçivəsində pedaqoji təcrübə mübadiləsi, akademik və elmi əlaqələrin qurulması, mütəxəssislərin yüksəkkeyfiyyətli peşəkar hazırlığının və ixtisasının artırılması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
azertag.az

4Mənbələr