AZ

Fitsoya sui-qəsdə görə 71 yaşlı kişi saxlanıldı - Yenilənib

Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” “Dennik. N” nəşrinə istinadən xəbər verir ki, onun Leviçe şəhərindən olan 71 yaşlı kişi olduğu bildirilir.

Məlumata görə, həmin şəxs əlində olan qısa lüləli tüfəngdən atəş açıb.

Polis sui-qəsddən sonra onu saxlayıb.

***

Yerli nəşrin məlumatına görə, şübhəli şəxs yazıçı və şair, DÚHA ədəbi klubunun yaradıcılarından biri Yuray Cintuladır.

Ölkənin hüquq-mühafizə orqanları hələ ki, hücum edən şəxslə bağlı rəsmi məlumat verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
qafqazinfo.az

2Mənbələr