AZ

Nazir: "Azərbaycanla Belarus arasında ticari-iqtisadi əlaqələrin müsbət dinamikası var"

Azərbaycan və Belarus arasında ticari-iqtisadi əlaqələr inkişaf edir və bu əlaqələr müsbət dinamikaya malikdir.

Bunu "Report"un sualını cavablandıran Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş deyib.

Onun sözlərinə görə, son illərdə əməkdaşlıq yalnız artır: “Belarus Azərbaycana ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir”.

S.Bartoş bildirib ki, Azərbaycandan Belarusa kənd təsərrüfatı məhsulları ixrac olunur: “Bunlar Belarusda yetişməyən quru meyvələr, sitrus meyvələri və digər məhsullardır. Bununla belə, istehsal həcminin artırılması və bazar münasibətlərinin inkişafı da daxil olmaqla, hər şey təkmilləşməni tələb edir”.

Nazir bu məqsədlə hazırda iki ölkə arasında bir çox layihələrin hazırlandığını vurğulayıb: “Azərbaycan postsovet məkanındakı bütün dövlətlər kimi Belarus üçün dost ölkədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
report.az

1Mənbələr