AZ

Bu, Cənubi Qafqazda davamlı sülhə xidmət edir - Zaxarova

Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayır. 

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz mayın 10-11-də Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır. Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik. Lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq”, - Zaxarova bildirib.

O, Almatıdakı təmasların Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin “yol xəritəsini” müəyyən edən üçtərəfli sazişlər toplusuna uyğun olmasını vacib hesab edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
olke.az

1Mənbələr