AZ

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarıldı

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək güləş üzrə U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

Azərbaycan Güləş Federasiyasından "Unikal"a verilən məlumata görə, biletlərin qiyməti 2 AZN təşkil edir.

Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Qeyd edək ki, biletləri İticket.az saytından onlayn qaydada və “Iticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
44
unikal.az

10Mənbələr