AZ

“Qərbi Azərbaycan İcmasının səsi beynəlxalq səviyyədə eşidilməkdədir”

Tofiq Abbasov: “ATƏT beynəlxalq hüquq və ədalət naminə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışına dəstək verməlidir”

 

Bugünlərdə İslam Əməkdaşlıq Təşkilatı ATƏT-ə müraciət edərək vaxtiylə Ermənistandan – öz tarixi yurdundan didərgin salınan soydaşlarımızın doğma ev-eşiklərinə qayıdışına dəstək verməyə çağırırb.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov ATƏT və digər beynəlxalq təşkilatların bu məsələdə ciddi aktivlik sərgiləməsinin vacib olduğunu qeyd edib:

 

“ATƏT və  digər təşkilatlar beynəlxalq hüquq və ədalət naminə soydaşlarımızın Qərbi Azərbaycaan qayıdışına dəstək verməli, Qərbi Azərbaycan İcmasının müraciətinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Çünki həm tarixi ədalət, həm beynəlxalq hüquq Qərbi Azərbaycandan qovulan azərbaycanlıların öz yur-yuvasına qayıdışını zəruri edir.

 

Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib. İƏT həmçinin, Ermənistanda xalqımıza məxsus mədəni irsin məhv edilməsini qınayıb, bunun yolverilməz olduğunu bildirib. İƏT-in bu qərarı Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda ilk ciddi əks-sədasıdır. Bu mənada digər beynəlxalq təşkilatların da minlərlə azərbaycanlının haqq səsini eşitməsinə, onların Qərbi Azərbacana qayıdışına töhfə verməsinə ehtiyac var.

 

Onu da unutmaq olmaz ki, Qərbi Azərbaycandan olan soydaşlarımız öz torpaqlarını süngü gücünə, təzyiq və işgəncə altında tərk ediblər. Onlara heç bir seçim şansı tanınmayıb. Buna görə də yeni tarixi-siyasi şəraitdə onların qayıdışının təmin olunmasına ehtiyac var və bu haqq beynəlxalq hüquqla da tanınmaqdadır”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
moderator.az

1Mənbələr