AZ

Qorxulu günlər başladı: İyunun 3-nə kimi… – XƏBƏRDARLIQ!

Məşhur astroloq Dinçer Güner gündəlik qoroskop şərhlərini paylaşıb.

Merkurinin iyunun 3-dək Buğa bürcündə səyahət edəcəyini bildirən Güner bu astroloji hadisənin bürclərə təsirlərini bir-bir izah edib.

“Merkuri Buğa bürcünə keçəcək və iyunun 3-nə kimi bu bürcdə səyahət edəcək. Merkuri Buğa bürcündə olanda düşüncələrimiz yavaşlayır və biz tez qərarlar vermək əvəzinə, hər bir detalı diqqətlə nəzərdən keçirməyə meyl edirik. Bu, xüsusilə maliyyə məsələlərində daha diqqətli və hesablayaraq hərəkət edəcəyimiz bir dövrdür. Biz daha aydın, birbaşa və sadə danışırıq. Cəlbedici sözlər əvəzinə nə demək istədiyimizi dəqiq ifadə edirik.

Maliyyə məsələlərinə diqqət yetirmək və maliyyə planları qurmaq üçün əla zamandır. İnvestisiya, qənaət və məsrəflərlə bağlı daha məntiqli və səbirli qərarlar verə bilərik. Yaradıcı layihələrdə də bu dövrün təsirini hiss edirik. İncəsənət və sənətkarlıqla bağlı iş görmək üçün ilham tapa bilərik”, – deyə o bildirib.

Astroloq əlavə edib ki, düşüncələrimiz və fikirlərimizlə bağlı daha sabit və inadkar ola bilərik. Bu, bəzən çevik düşünməyi çətinləşdirə bilər. Qəbul edilən qərarlar asanlıqla dəyişməyəcək və onları həyata keçirmək çox asan olacaq./Azmedia.Az/


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
16
news24.az

10Mənbələr