AZ

Demokratik dəyərlər çətiri altında müstəmləkəçilik siyasəti: Fransanın riyakar siyasəti iflasa uğrayır

Yelisey Sarayından yayılan xəbərdə bildirilib ki, Fransa Yeni Kaledoniyada iğtişaşlar zamanı üç nəfərin ölməsi və çox sayda yaralının olmasının ardınca burada fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
BFMTV isə Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb ki, yaxın saatlarda Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqədar 500 əlavə polis məmuru və jandarm səfərbər ediləcək. Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda 1800 polis əməkdaşı və jandarm asayişinin bərpasında iştirak edir.
Qeyd edək ki, keçən ilin noyabrında Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası olmuşdu. Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında qaldırılan 3 bayraqdan biri də Azərbaycan bayrağı idi.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Fransa demokratik dəyərlər çətiri altında müstəmləkəçilik siyasətinə davam edir:
"Dünya təcrübəsi göstərir ki, sülh və insanlıq əleyhinə cinayətlər nə qədər ört-basdır edilsə də, bir gün onun üstü açılacaq. Yaxın keçmişdə Ermənistan Qarabağı işğal edərək sülh və insanlıq əleyhinə cinayətlərini 30 il gizlətsə də, ermeni vandalizminin üstü açıldı. Fransanın insan haqqlarından bəhs edib insanlıq əleyhinə cinayətlər törətməsi onun riyakar siyasətinin iflasıdır. Hesab edirəm ki, bu məqamda Fransa və Ermənistanın aqibəti oxşadır. Çünki haqq-ədalət əzilmiş xalqların tərəfindədir. İnanıram ki, Yeni Kaledoniya da Azərbaycanın işğal edilmiş ərazilərini azad edərək haqq-ədaləti bərpa etdiyi kimi Fransa müstəmləkəsinə son qoyacaq". 

Deputat əlavə edib ki, Azərbaycan Yeni Kaledoniya üçün ideal nümunədir:
"Yeni Kaledoniya xalqının Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında Azərbaycan bayrağını qaldırması bunun sübutudur".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
sherg.az

1Mənbələr